-
Peşmanlıq... nikbinlik...
–Əmi, sərhədlər açılan kimi səni Təbrizə aparacağam. Onda ki, adına “umacaq”dan başqa bir şey düşməyən
bu şirin vədəyə nəinki Məmmədi, elə özümü də arxayın salmışdım. Baxmayaraq ki, bizə qismət olacağına güman
yeri olmayan arzularımdan idi bu.
Dünyanın işini bilmək olmazmış – sərhədlər də açıldı, Məmmədi də Təbrizə apardım. Xalq şairi Söhrab Tahir
“Seçilmiş əsərləri”nin növbəti cildini oğlu Tahirlə nəşriyyatımıza gətirəndə bu söhbəti eləmişdi. Məmməd Təbrizi görəndə peşman oldu.– Dedi.
Gözüm böyüdü.
– Adı gələndə ürəyi atlanan şair qardaşımı Təbriz dükan-bazarıyla, ticarət köşkləriylə, şıdırğı alış-verişiylə
qarşılayırdı. Məmməd ayaq saxlayıb üzümə baxdı:
–Əmi, bəs Təbriz hanı?!...
Bu yaxınlarda dostum, gözəl şair Rafiq Yusifoğlu da Məmməd Arazla bağlı bəzi xatirələrini danışdı mənə:
–Məmməd müəllimin baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalı bizim “Göyərçin”lə eyni mərtəbədə
idi. Şair Tofiq Mahmudla bərk dost idi deyə Məmməd Araz tez-tez redaksiyamıza gəlirdi. Bir dəfə də Türkiyədən
– İstanbul səfərindən qayıtmışdı, yığışmışdıq başına. Təəssüratını soruşduq. Dedi:
– Fəxr eləyirsən ki, dünya sənin dilində danışır!
30 dekabr 1967-ci il
Şair, publisist, Beynəlxalq Andersen Şərəf Diplomu laureatı
-
№1 - 2026
-
QƏŞƏM İSABƏYLİ,